Fev
2018
21:27
205
1196
64095
Virtual karabakh

Dilarə Kazımova: Azərbaycanın seks simvoluyam

1 Fev, 2018
21:27
64095

Dilarə Kazımova: Azərbaycanın seks simvoluyam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Dilarə Kazımova media nümayəndələri ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, uzun müddətdir mətbuat konfransı keçirməyən ifaçı tədbirə “Boomerang Label”ın rəhbəri Nigar Məmmədova və mətbuat katibi, jurnalist Rəvan Rədlə qatılıb.

Tədbir ifaçının mətbuat katibinin görüşün əsas səbəbini açıqlaması ilə başlayıb:

“Burada iştirak edən bütün media nümayəndələrinə Dilarə haqda olan  xəbərləri yayımladıqları üçün təşəkkür edirəm. Çoxdandır mətbuat konfransı etmirdik. Düşündük ki, sizinlə görüşək və suallarınızı cavablandıraq”.

Daha sonra isə ifaçı tədbirə qatılan jurnalistlərə öz təşəkkürünü bildirib:

“Vaxt tapıb buraya gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu, bizim üçün çox vacib idi”.

Dilarə Kazımovanın PR işləri məşğul olan Nigar Məmmədova isə ötən ilin hesabatını açıqlayıb:

“2017-ci ildə “Yarat” Müasir İncəsənət Mərkəzində konsertimiz oldu. Bundan əlavə, Dilarə xanım dəfələrlə xaricdə kliplər çəkdirdi, mahnılar təqdim etdi. Ümumiyyətlə, ötən ilin  dekabrından başlayaraq repertuarımızda Azərbaycan dilində olan mahnıları artırmaq qərarına gəldik. Dilarə Kazımova xaricdə daha məşhurdur. O, Ukraynada küçədə gəzə bilmir. Hər kəs onu tanıyır və avtoqraf istəyir. Amma Dilarə vətənpərvər biri olduğu üçün istəyir ki, öz publikamız üçün nələrsə etsin”.

Bir müddət sənətində fasilə verməli olan Dilarə Kazımova bunun səbəbindən söz açıb:

“Sənətimdə uzun müddətli fasilənin səbəbi Kiyevdə ingilis dilində hazırladığım albom oldu. Çünki bir il ərzin tez-tez Ukraynaya səfər etməli idim. Sözügedən albom və kliplər hazırda Avropa radiolarında səslənir. Həm də ki, “Eurovision” kimi layihədən sonra insan dincəlmək və hansı tərzdə davam etmək barədə düşünmək istəyirdim. Ola bilər ki, bu da sənətdə fasiləyə səbəb olsun”.

Dilarə ona ünvanlanan “Plastik əməliyyat keçirmisiniz” sualına da cavab verib:

“Xeyir, heç bir əməliyyat keçirməmişəm. Bədəni formada saxlamağın ən gözəl yolu idmandır. Zalda iki saat məşq insanı formada saxlayır. Amma gələcəkdə lazım olarsa, əməliyyata müraciət edəcəyəm”.

Kazımova bildirib ki, onu Azərbaycanın seks simovu adlandırırlar:

“Deyirlər ki, Azərbaycanın seks simvoluyam. Hətta yeni Monika Belluçi adlandırırlar. Əsla bu yerə namizəd deyiləm. Amma xarici məşhurla müqayisə olunmağım məni sevindirir”.

Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri