13 
Fev
2018
12:37
104
65
4147
Virtual karabakh

Məşhurlar “Muz TV” üçün bir araya gəldi – FOTO

13 Fev, 2018
12:37
4147

Məşhurlar “Muz TV” üçün bir araya gəldi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk musiqili internet televiziyası olan “Muz TV Azərbaycan” kanalının peyk yayımına başlaması münasibətilə fevralın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı təşkil edilib.

Oxu.Az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, “Muz TV Azərbaycan” incəsənətinin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəfindədir.

Kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni-yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq. Bu gün dünyada geniş yayılmış musiqi kanalları sırasında özünəməxsus yeri olan “Muz TV” bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcək.

“Muz TV” Azərbaycan kanalının direktoru Elnur Kələntərov deyib ki, “Muz TV” bütün kabel televiziyaları vasitəsilə hər bir ailənin qonağıdır. 

Sonra tədbir geniş konsert proqramı ilə davam edib. Konsertdə Natiq Ritm qrupu, Xalq Artisti Faiq Ağayev, müğənnilər Natavan Həbibi, Samir Cavadzadə, Elnur Məmmədov, “Rast” qrupu və başqaları çıxış ediblər.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri