16 
Fev
2018
12:31
94
332
15722
Virtual karabakh

Efirdə qalmaqal: Şəbnəm Tovuzlu mənə 208 manat borcludur – VİDEO

16 Fev, 2018
12:31
15722

Efirdə qalmaqal: Şəbnəm Tovuzlu mənə 208 manat borcludur – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.

Oxu.Az xəbər verir ki, verilişdə qonaq olan Şəbnəm Tovuzluya görə studiyaya zəng gəlib. 

Proqrama bağlanan Səadət xanım adlı tamaşaçı Tovuzludan dörd il bundan əvvəlki borcunu tələb edib. O bildirib ki, Şəbnəmin ona 208 manat borcu olub:

“O Şəbnəm var e, Tovuzlu, ona de ki, 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı.

Onun 40 manatını Tovuzda, “pavarotda” yanındakı ağdamlı kişidən alıb verdin, bəs o pulun qalanını nə vaxt qaytaracaqsan? Dedin ki, yerdə qalan 168 manatı da Bakıda verəcəm. Dörd ildir o pulu vermir”.

Şəbnəm Tovuzlu qadını xatırladığını deyərək onun indiyədək müraciət etməməsinə əsəbiləşib:

“Sizə çox ayıb olsun ki, ağbirçək qadınsınız. İndiyədək mənə “Instagram”dan yaza bilərdiniz. Bu Şəbnəm sizə 4-5 min xeyir verib. Oradan “O Şəbnəm var e” deyə ifadə işlədirsiniz, ayıb deyil? Gəlsin, “Xəzər”in qarşısına mən o pulu verərəm”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri