19 
Fev
2018
11:32
73
206
10410
Virtual karabakh

Bakıda minlərlə insan bir yerə yığışacaq – FOTO + VİDEO

19 Fev, 2018
11:32
10410

Bakıda minlərlə insan bir yerə yığışacaq – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda on altı yaşdan yuxarı olan minlərlə insan bir yerə yığışacaq.

Oxu.Az xəbər verir ki, onlar Bakının məşhur məkanı “Elektra Events Hall”da bir araya gələcəklər.

Buna səbəb isə türk estradasının gənc və istedadlı ulduzlarının konsert proqramı ilə çıxış etməsidir.

Belə ki, “İncir” mahnısı ilə milyonların qəlbini fəth etmiş İlyas Yalçıntaş və dünya standartlarında olan mahnıları ilə cazibədar Aynur Aydının ifaları sevənlərini bir yerə toplayacaq.

Dörd minə yaxın insanın toplaşacağı konsertə biletlər isə 30 manatdan başlayır. 

Sevilən və dillər əzbəri olan mahnıları ilə pop musiqi sevənləri heyran etməyi planlaşdıran ifaçılar daha sonra estafeti DJ Bulut Gürsoya ötürəcəklər.

Səhərə kimi olan “After Party” isə hər kəsin ürəyincə olacaq.

Qeyd edək ki, “Şirin su”nun baş sponsorluğunu etdiyi konsert 1 aprel tarixində, saat 20:00-da keçiriləcək. Yazın gəlişini isti musiqilərlə hiss etmək və yaya hazırlaşmaq üçün fürsətdən yararlanın.

Biletləri şəhərin mərkəzi kassalarından və  www.ticket.az saytından əldə edə biləriniz. Əlavə məlumat üçün isə  (070) 288 70 07 nömrələri ilə əlaqə saxlayın.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri