19 
Fev
2018
23:37
230
70
9135
Virtual karabakh

ABŞ himnini həddindən artıq “seksual” ifa ediblər – VİDEO

19 Fev, 2018
23:37
9135

ABŞ himnini həddindən artıq “seksual” ifa ediblər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da sosial şəbəkə istifadəçiləri, NBA All-Star Oyununda Amerika himninin çox “seksual” performansından sonra, populyar müğənni Ferqi haqqında müzakirələr aparırlar.

Oxu.Az-ın məlumatına görə, ifaçı ABŞ himnini “blyuz” şəklində oxumağa qərar verib.

Lakin o bunu çox “vulqar” bir şəkildə edib.

Belə qənaətə hətta oyunu şərh edən aparıcılar da gəliblər.

Keçmiş basketbolçu Çarlz Barkli eşitdiklərindən sonra siqaretə ehtiyac duyduğunu etiraf edib.

Amerikalı musiqiçi Bou Bokan (Bowe Bocan) “Twitter”də Ferqinin performansını Haski itlərinin ulaması ilə müqayisə edib.

Sosial şəbəkə istifadəçiləri bildirib ki, “Golden State Warriors”un oyunçusu Dreymond Qrin hamının əvəzinə reaksiyasını ifadə edib.


A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri