20 
Fev
2018
10:23
373
63
9223
Virtual karabakh

Stallone: Yaşayıram, yaxşıyam, xoşbəxtəm

20 Fev, 2018
10:23
9223

Stallone: Yaşayıram, yaxşıyam, xoşbəxtəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən sosial media hesablarında dünya şöhrətli aktyor Silvester Stallonenin ölüm xəbəri yayılıb.

Oxu.Az xəbər verir ki, iddiaya görə, Stallone illərdir xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib.

Sosial media qısa zamanda əsas mövzuya çevrilən bu məsələ “Rembo”nun fanatlarını və kinosevərləri narahat edib.

Ancaq Silvesterin şəxsi “Instagram” hesabından paylaşım etməsi iddianın yalan olmasını təsdiqləyib. O, paylaşımında “Xahiş edirəm elə bilin ki, bu axmaqlığı görməmisiniz. Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam”.

Qeyd edək ki, 71 yaşlı aktyor haqqında 2016-cı ilin fevral ayında da ölüm xəbəri yayılmış, Stallonenin Los-Ancelesdəki evində ölü tapıldığı yazılmışdı.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri