20 
Fev
2018
12:01
629
110
30065
Virtual karabakh

Türklər Afaqı lağa qoydu: Onu heç Azərbaycanda tanımırlar – FOTO

20 Fev, 2018
12:01
30065

Türklər Afaqı lağa qoydu: Onu heç Azərbaycanda tanımırlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ece Seçkin Afaq Aslanı mahnısını oğurladığına görə məhkəməyə verəcək.

Oxu.Az xəbər verir ki, Afaq Aslan isə iddialara “Türkiye” qəzeti vasitəsilə cavab verib.

A.Aslan Ece Seçkini onun vasitəsilə özünü reklam etməkdə günahlandırıb:

“Haqqımdakı iddialar tamamilə iftiradır. “Sənlə mən”in Ecenin oxuduğu mahnı ilə heç bir əlaqəsi yoxdur. Onu məhkəməyə verəcəm. Ece üstümə şər ataraq mənim vasitəmlə özünə reklam qazanır. Mən bunu qəbul edə bilmərəm”.

Onun verdiyi açıqlamanı “Instagram” hesabında paylaşması isə qarşı tərəfin qıcığına səbəb olub. Ece Seçkin Afaqın mahnısının “Youtube”dan silindiyini bildirib:

“Bəstəsi icazəsiz paylaşılan “Follow Me” adlı mahnımın Azərbaycan versiyası silindi. Bu, mahnının “Follow Me” ilə eyni olduğunun sübutudur. Əməyimizə hörmətsizlik edən insanlara qarşı yanımızda olan hər kəsə təşəkkür edirik. Azərbaycandan yüzlərlə mesaj alıram, söz verirəm ki, yenə Bakıya gələcəm”.

Türkiyəli və azərbaycanlı “Twitter” istifadəçiləri isə Afaq Aslanı lağa qoyub. Onlar hər iki ifaçının “Instagram” hesablarını müqayisə ediblər. Ecenin bir milyon izləyicisi qarşısında Afaqın 94 minlik hesabının olması onu lağ hədəfinə çevirib.

Müğənniyə gələn bir neçə rəy isə belədir:

“Mən də azərbaycanlıyam, ancaq Afaqı tanımıram. Özünü necə reklam edəcəyini bilmir. Boş-boş danışır”.

“Ece onun ölkəsində belə tanınarkən, məncə, o, öz ölkəsində tanınmır. Talesiz bir açıqlama olub, Afaqcığım”.

“Musiqi “qulağ”ı deyilən bir şey var. Bu hadisə adamı rəqs etməyə sövq edir”.

“Sən təksən, Azərbaycana gözləyirik”.

“Sosial hesabında ona yazdıq, rəyləri bağladı”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri