21 
Fev
2018
10:33
35
215
6748
Virtual karabakh

Məşhur müğənni heç vaxt ana olmayacaq

21 Fev, 2018
10:33
6748

Məşhur müğənni heç vaxt ana olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı müğənni Kayli Minoq haqda yeni xəbər yayılıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Coşua Sassemlə  ayrıldıqdan sonra 49 yaşlı ifaçı əsəb sarsıntısı keçirib.

O, bu barədə “The Sunday Times”a verdiyi müsahibədə danışıb.

“Çox acınacaqlı vəziyyətdə idim: bütün gün ağlayırdım, göz yaşlarımı saxlaya bilmirdim. Elə bil bütün orqanizmimdə pozuntu yaranmışdı.Titrəyirdim, heç bir şey istəmirdim. Psixikam reallığı qəbul etmək istəmirdi”.

Əsəblə bağlı problemlərini aradan qaldırmaq üçün müğənni Taylanda yollanıb. Hazırda Kayli tam sağaldığını deyir. O əmin edir ki, onu ən çox üzən şəxsi həyatındakı uğursuzluqlar yox, heç vaxt ana ola bilməyəcəyidir.

“Yalnız ona ümid edə bilərəm ki, uşaqları olan kişiyə rast gələcəyəm. Yəqin ki, yaxşı ögey ana ola biləcəyəm”.

Xatırladaq ki, müğənninin depresiyyaya düşməsinə səbəb ötən il özündən 20 yaş kiçik nişanlısı, aktyor Coşua Sasseyin ona xəyanət etməsidir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri