21 
Fev
2018
12:35
49
204
6541
Virtual karabakh

Kərim: Elə bilir ki, böyük sənətkardır

21 Fev, 2018
12:35
6541

Kərim: Elə bilir ki, böyük sənətkardır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Kərim Abbasov küsülü olduğu Rəhim Rəhimli ilə aralarında olan qalmaqaldan danışıb. 

Oxu.Az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı həmkarını parodiya edərək aralarında olan incikliyin səbəbini açıqlayıb: 

“Hərdən elə insanlardan elə şeylər görürəm ki, doğrudan, şoka düşürəm. Biri var ki, mənim bir insanla münasibətim yoxdur, o da çıxıb mənim ünvanıma söz atır. Bunu normal qəbul edə bilərdim. Amma o mənim, mən onun evinə dəfələrlə getmişəm, süfrəsinin başında oturmuşam.

Hər dəfə də aramızda sənətdən və digər mövzularda söhbətlərimiz olub. Amma çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni, ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum.

Dedim ki, bu, nə danışır? Yəni, doqquz milyonun içində mənə “ağzının danışığını bilmirsən” dedin. Camaat mənim etik normalarımdan, danışıq mədəniyyətimdən danışır. Mənim barəmdə SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova o boyda məqalə çıxarıb. İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova hamısı mənim danışığımdan, mədəniyyətimdən, etik normalarımdan, ifa tərzimdən danışır.

O, mənim haqqımda söz dedi, mən də cavab verdim. Sonra deyir ki, hansısa söhbətləri çıxıb danışmaq tərbiyəsizlikdir. İlk növbədə sən çıxıb efirə tərbiyəsizcəsinə söz atırsan, düşünmürsən ki, mənim də sənə cavabım olacaq. Onun 41 yaşı var, dediyi sözü dərk etməli, mənə zəng eləməli idi. Amma gördüm ki, zəng eləmədi.

Bəlkə də, bu söz-söhbətlər onun özünə lazım idi. Mənim haqqımda İlqar Muradov, Nisə Qasımova, Elnarə Abdullayeva danışsaydı, susardım. Çünki bilirəm ki, onların özləri, sənətləri, əxlaqları böyükdür.

Rəhim, mənim haqqımda fikir bildirmək sənin üçün tezdir. Rəhim Rəhimli müğənni deyil. Özü də bunu etiraf edib. Müğənni deyilsənsə, müğənni haqqında danışma. Mənim musiqidə bildiyimi sən bilmirsən. Müğənni sözünü ağzına alıb danışma. Bu, elə bilir ki, böyük sənətkardır, bizə tərbiyə verir. Onun özünə tərbiyə verən lazımdır”. 

Kərim onu da əlavə edib ki, R.Rəhimliyə qadağası var: 

“Mən ona barəmdə danışmağı qadağa etmişəm. Ümumiyyətlə, adımı çəkməsin, yoxsa onun üçün çox pis olar. Qadağaya əməl etməsə, məhkəməyə verməyəcəm. Dilim varsa, dilçəyim də var. O, mənə bir söz atacaq, mən də ona on söz deyərəm, dəymişi durar, kalı tökülər”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri