Mar
2018
09:18
37
10
3021
Virtual karabakh

Bəstəkardan Səbinə Əskərovaya qadağa: Mahnımı oxuma

5 Mar, 2018
09:18
3021

Bəstəkardan Səbinə Əskərovaya qadağa: Mahnımı oxuma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Səbinə Əskərova ilə “Sev” mahnısının bəstəkarı Günel Əlizadə üz-üzə gəlib. 

Oxu.Az xəbər verir ki, 90-ci illərin hit mahnısını icazəsiz oxuyan müğənniyə bəstəkar sərt reaksiya verib:

“Zəng etdilər ki, bir də “Sev” mahnısını ifa etmə. Radio, televiziya və “YouTube”dan yığışdır. Bu sözü eşidəndə əsəblərim tarıma çəkildi. Günlərlə əziyyət çəkmişik. Mahnını yeni aranjiman etdirmişəm. Kifayət qədər xərc çəkmişəm. Necə yəni oxuma? Mən məgər erməniyəm? Öz millətinin qızıyam. Oxuma nə deməkdir?”

Səbinə Əskərova bəstəkar Günel Əlizadənin qadağasına məhəl qoymayıb və məsələni onunla üzbəüz görüşüb, həll etmək qərarına gəlib:

“Düşündüm ki, bu məsələni iki xanım üz-üzə daha yaxşı həll edərik. Onun da əsəbi olduğunu başa düşürəm. Müəllifdir. İstəyib ki, icazə alınsın. İzah etdim ki, mən sizi çox axtarmışam. Amma bu axtarışım bir fayda verməyib.

Düşündüm ki, ifa etsəm, siz məni tapacaqsınız. Belə də oldu. Amma heç ağlıma gəlmədi ki, qadağa qoyarlar. Xeyli söhbətləşəndən sonra söhbətimiz çox anlaşıqlı oldu. Oxumağa da icazə verdi. Buradan bir daha Gülər xanıma bu gözəl bəstə üçün təşəkkür edirəm”.

Müğənni bəstəkarın bu cür reaksiyasının səbəbini də gizlətməyib:

“Bu mahnını oxumaq istəyən bir neçə məşhur müğənnilər, əməkdar, xalq artistləri  olub. Onları Azərbaycanda tanımayan yoxdur. Amma Günel xanım onlara “Sev” mahnısını ifa etməyə icazə verməyib.

Mənim ifamda eşidəndə paxıllıqlarından aranı qatıblar. Hətta mənim nömrəmi bəstəkara göndərib, aranı qızışdırıblar. Üzümə gülüb, can deyənlər altdan mənə quyu qazıb. Yaxşı oldu. İç üzlərini tanıdım. Qismət də mənim imiş. Yaxşı ki, oxumuşam”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri