Mar
2018
14:00
125
382
9405
Virtual karabakh

Kişi qadın işlərini görsə, nə olar? – FOTO

8 Mar, 2018
14:00
9405

Kişi qadın işlərini görsə, nə olar? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış məşqçisi Xəqani Səlimov maraqlı bir layihəyə imza atıb.  

Oxu.Az xəbər verir ki, o, Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar fotosessiya etdirib. 

Məşqçi bir neçə saatlıq xanımların evdə gördüyü işləri həyata keçirməyə çalışıb:

“Kişilər,qadınların dəyərini bilin! Onların gördükləri işləri kiçiltməyin! Qadın olmaq çox çətin bir şeydir. Hərdən biz kişilər xanımların gördüyü işləri ciddiyə almırıq. Ancaq mən bir günlük təcrübəmdə bunun nə qədər çətin bir şey olduğunu gördüm. İstər uşaq baxmaq olsun, istər yemək bişirmək, qab yumaq və s.

Hər biri ayrı-ayrılıqda çox böyük səbr tələb edən əziyyətli və ağır işlərdir. Əminəm ki, bunları kişilər çox çətinliklə görə bilər. Bunun üçün də qadınların dəyərini bilmək lazımdır”.

Qeyd edək ki, fotoları Həmid Həmidli lentə alıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri