16 
Mar
2018
17:57
90
24
3308
Virtual karabakh

Renkadan eşitmə və danışma qüsuru olanlara dəstək – VİDEO

16 Mar, 2018
17:57
3308

Renkadan eşitmə və danışma qüsuru olanlara dəstək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqqasə Renka yeni sosial layihəsini təqdim edib.

Oxu.Az xəbər verir ki, hər zaman rəqsləri ilə gündəmə gələn rəqqasə bu dəfə eşitmə və danışma qüsurlu insanlara dəstək olub.

O, Maykl Ceksonun “You are not alone” mahnısına videoçarx çəkdirib. Renka sosial layihə haqda bunları deyib:

“You are not alone” əfsanəvi Maykl Ceksonun ifasında ən sevdiyim mahnılardan biridir. Məhz bu mahnı hazırladığımız layihənin əsasını təşkil edir. Bu videoçarxla eşitmə və danışma qüsurlu insanların tək olmadığını demək istəyirəm. Güc birlikdədir!”

Qeyd edək ki, videoçarxda eşitmə və danışma qüsurlu xanımlar, eləcə də, “Deaf Community” təşkilatının rəhbəri, eşitmə və danışma qüsuru olan insanları öyrədən, bu sahədə tədbirlər keçirən Nuranə Abıyeva olub.

Nuranə sözügedən mahnının işarə dili ilə tərcüməsinin müəllifidir.

Sosial çarxın rejissoru Etibar Hüseynlidir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri