19 
Mar
2018
15:17
403
92
11600
Virtual karabakh

İrem Dericinin Bakı konsertinin biletləri satılmadı

19 Mar, 2018
15:17
11600

İrem Dericinin Bakı konsertinin biletləri satılmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni  İrem Dericinin Bakı konsertinin vaxtı və yeri dəyişdirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə konsertin təşkilatçısı Asif Hüseynov məlumat verib. 

O bildirib ki, martın 21-də nəzərdə tutulan konsert  iyunun 18-də  paytaxtın istirahət məkanlarının birində keçiriləcək: 

“Konserti “Baku Crystal Hall”da nəzərdə tutmuşduq. Müəyyən səbəblərdən tarixini dəyişərək 18 iyun tarixində keçirməyi qərara aldıq. Alınan biletlər və dəvətnamələr həmin tarixdə keçərlidir və ya alınan biletləri kassalara təhvil verərək pulunuzu geri ala bilərsiniz”.

Qeyd edək ki, İremin konserti üçün biletlərin az qismi satılıb. Təşkilatçı isə məcbur qalaraq vaxtı uzadıb və məkanı dəyişib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri