17 
Apr
2018
11:07
25
103
6108
Virtual karabakh

“CinemaPlus”da “Dəhşətli gecə” yaşandı – FOTO + VİDEO

17 Apr, 2018
11:07
6108

“CinemaPlus”da “Dəhşətli gecə” yaşandı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Azerbaijan” premium kinoteatrında cümə günü, aprelin 13-dən 14-nə keçən gecə “Dəhşət filmlər gecəsi” keçirilib.  

Oxu.Az xəbər verir ki, 22:30-dan səhər 7:00-dək qonaqlara “Ruhlar ölkəsi”, “Sakit yer” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri nümayiş olunub. 

Həmin gecə tamaşaçılara pulsuz qəlyanaltılar, alkoqollu içkilər verilib.

Seans fasilələrində isə maraqlı müsabiqələr keçirilib. 

Nümayiş olunan “Ruhlar ölkəsi” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri “Cinemazadeh” studiyasında, peşəkar Azərbaycan dilində dublyaj olunub. 

Tədbirin təşkilində isə  “Cinemazadeh” dublyaj studiyası, “Cinema Distribution”, “Papa Johns Pizza Azerbaijan”, “Portal Games”, “Merit Brand” şərab şirkəti, “Red Bull”, “Coca-Cola”, “Sheh Su” və “Baltika-Baku”  pivə zavodu “CinemaPlus”a dəstək olub.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri