20 
Apr
2018
09:56
29
19
3074
Virtual karabakh

Aktrisanın evindən yarım milyonluq oğurluq

20 Apr, 2018
09:56
3074

Aktrisanın evindən yarım milyonluq oğurluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış aktrisası Cansu Dərənin evinə oğru girib.

Oxu.Az xəbər verir ki, sənətçinin İstanbulun Bebek səmtində yerləşən evindən bahalı daş-qaşlar, aksessuarlar oğurlanıb.

Hadisə Dərənin “Şahsiyyet” serialının çəkiliş meydançasında olduğu zaman baş verib.

Evə girən oğrular aktrisanın bahalı aksessuarlarını oğurlayıb, “iPad” və noutbukuna toxunmayıb. Cansunun bahalı saatları da oğurlanan əşyalar sırasındadır.

Dərə polisə şikayət edərək ona dəyən ziyanın 500 min lirə (təxminən 210 min manat) olduğunu deyib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri