20 
Apr
2018
12:32
29
54
6078
Virtual karabakh

Azərbaycanlı reper ənənələri pozdu – VİDEO

20 Apr, 2018
12:32
6078

Azərbaycanlı reper ənənələri pozdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış reper Qurd media nümayəndələrini başına toplayaraq “Deyin ona” adlı klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, ekran işinin rejissorluğunu Nicat Zeynallıya həvalə edən Qurdun klipindəki qızların kilolu olması diqqətdən yayınmayıb.

“Klip şərq üslubunda çəkilib. Hamıdan fərqli olaraq, mən bir az kilolu xanımları dəvət etdim. Çünki şərq xanımları belə dolu olurlar”, - deyə Qurd ekran işindəki görüntülərə haqq qazandırıb.

Təqdimat zamanı reper yeni bəstəsinin adının illər öncə Əməkdar artist Röya Ayxan və müğənni Samir Cavadzadənin dueti ilə eyni olmasına aydınlıq gətirib:

“Röya və Samir Cavadzadə yetəri qədər sözünü demiş sənətkarlardır. Amma “deyin ona” sözü brend deyil və onun heç bir sahibi yoxdur. Həmin sözü hər kəs istifadə edə bilər. Fikrimcə, mənə heç kim qadağa qoya bilməz”.

Klipinin seviləcəyini bildirən Qurd sözlərinə belə davam edib:

“Uğurlu olacağına və seviləcəyinə əminəm. Çünki hansısa mahnını təqdim etməyə hazırlaşanda musiqidən anlayışı olanlardan fikirlərini soruşuruq. Onlar da mahnının “tutacağ”ını dedilər”.

O, rəqabət mövzusuna da toxunub:

 “Rəqabətsiz heç bir məna olmaz. Bu, yeni işlərin görülməsi üçün stimuldur. Demirəm ki, rəqib gördüyüm biri var, çünki son zamanlar “kitayski Qurd”lar əmələ gəlib. Hətta onların bir neçəsi ilə rastlaşan zaman öz stillərini yaratmalarını məsləhət görmüşəm. Çünki Qurd 6-8 ritmlərlə repə gəlib və məşhur olub.

Öz bazarım və dinləyicim var. Bu, bilirsiniz, nəyə bənzəyir? Biri mağaza açanda digəri də düz yanında eynisindən açır. Bu da eyni şeydir. Yəni, sənin biznesinə göz dikirlər. Düşünürlər ki, onların da belə dinləyiciləri olacaq. Heç vaxt olmayacaq! Çünki dinləyici onlara müğənninin “kitayski” variantı kimi baxacaqlar”.

Pərviz Hüseyn
FOTO: Sadiq Fərzəlibəy
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri