29 
Apr
2018
20:45
413
102
16922
Virtual karabakh

Nura Suri: 400 manata görə Azərbaycanı niyə biabır edirsən?

29 Apr, 2018
20:45
16922

Nura Suri: 400 manata görə Azərbaycanı niyə biabır edirsən?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Nura Suri “Facebook” hesabındakı paylaşımla diqqət çəkib.

Oxu.Az xəbər verir ki, ifaçı ötən gün “Crystall Hall”da keçirilən Kristina Aquilera konsertindən sonra Bayraq Meydanında dayanan taksi sürücülərinin azərbaycanlıları maşınlarına minməyə icazə vermədiyini yazıb.

O, həmçinin sürücülərin turistlərdən 5 manatlıq yol üçün 400 manat tələb etdiyini də bildirib:

“Dünən “Crystall Hall”dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi həmin taksilərin buna icazə verməməsi olub. Dayanan taksilər deyiblər ki, burada elə-belə durmuşuq. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər. 

Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.

Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Götürək ki, sən 400 manat aldın o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?!Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri