17 
May
2018
16:06
142
289
30165
Virtual karabakh

Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi

17 May, 2018
16:06
30165

Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki məhbusun qaçmasına kömək etməkdə təqsirləndirilərək, həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı bildirib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə müğənninin həbs müddəti daha üç ay artırılıb.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən üç nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs-qətimkan tədbiri seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri