21 
May
2018
15:43
30
104
9853
Virtual karabakh

Məşhurlar İlham Mirzəyevin ad gününə yığışdı – FOTO

21 May, 2018
15:43
9853

Məşhurlar İlham Mirzəyevin ad gününə yığışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı İlham Mirzəyevin ad günü olub.

Oxu.Az-ın məlumatına görə, 50 yaşı tamam olan aparıcı təmtəraqlı məclis təşkil edib. 

Şəhər restoranlarından birində keçirilən mərasimə şou-biznes nümayəndələri, incəsənət adamları qatılıblar.

Mirzəyev təəssüratlarını bölüşərək bunları deyib:

“Dörd ilə yaxındır ki, efirlərdə yoxam. Buna baxmayaraq, çağırdığım bütün qonaqlar məclisimə gəldilər. Bu, onu göstərir ki, bizim dostluğumuz mənim aparıcılığıma görə qurulmayıb. Onlar təkcə efirə görə mənə qiymət qoymayıblar.

Sədaqətimə görə mənimlə dostluq edirlər. Bütün qonaqlar gəldilər. Bircə xalq artisti Brilyant Dadaşova ilə əməkdar artist Mətanət İsgəndərlidən başqa. Brilyant xanım Moskvada olduğu üçün gələ bilmədi.

Mətanət xanım qızının baldızının nişan mərasiminə gedib. Çox xoşbəxt aparıcıyam ki, məni bu qədər sevən dostlarım var”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri