22 
May
2018
11:32
37
116
5741
Virtual karabakh

“Billboard” Musiqi Mükafatları sahiblərini tapdı – FOTO

22 May, 2018
11:32
5741

“Billboard” Musiqi Mükafatları sahiblərini tapdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Musiqi dünyasının ən prestijli mükafatlarından sayılan “Billboard” Musiqi Mükafatları sahiblərinə verilib.

Oxu.Az xəbər verir ki, bu ilin ulduzu gecədən altı mükafatla ayrılan Ed Şeran olub.

Bir-birindən iddialı geyimləri ilə gecəyə qatılan sənətçilər isə fotoqrafların obyektivlərinə pozlar verib.

Gecədə mükafat qazananlar: Ən yaxşı sənətçi, Ən yaxşı kişi sənətçi, “Top Hot 100” siyahısı, Ən çox albom satan sənətçi, Radiolarda ən çox səsləndirilən sənətçi, Radiolardan ən çox səsləndirilən mahnı (Shape of You) – Ed Şeran

Ən yaxşı qadın sənətçi, Ən çox satılan albom (Reputation) – Teylor Svift

“Top Billboard 200” siyahısı – Dreyk

Ən çox mahnısı səsləndirilən ifaçı, Ən yaxşı rep ifaçısı, Ən yaxşı kişi reper, Ən yaxşı rep albomu (DAMN) – Kendrik Lamar

Ən yaxşı R&B sənətçisi, Ən yaxşı R&B turnesi, Ən yaxşı R&B albomu (24K Magic) – Bruno Mars

Ən yaxşı rep turnesi – Cey Zi

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri