İyn
2018
14:50
36
52
6762
Virtual karabakh

“Ufak Tefek Cinayetler”in “yüz tonluq” anonsu – FOTO/VİDEO

6 İyn, 2018
14:50
6762

“Ufak Tefek Cinayetler”in “yüz tonluq” anonsu – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur serialı “Ufak Tefek Cinayetler”də öldürülən obrazlar bəlli olub.

Oxu.Az xəbər verir ki, ekran işinin mövsüm finalında dənizdən çıxan qadın cəsədinin Elif, ilk seriyadan pəncərədən atılan şəxsin isə Edip olduğu ortaya çıxıb.

Bəs qatil kimdir? Bu sualın cavabı isə serialın ikinci mövsümündə bəlli olacaq.

İkinci mövsümün tizeri isə Türkiyə tarixində ilk dəfə olaraq mövsüm finalından sonra yayımlanıb.

Tizer sosial mediada böyük səs-küy yaradıb.

İddialı prodakşn işi, möhtəşəm kostyumlar və sarsıdıcı görüntüləri ilə fərqlənən tizerin çəkilişi üçün hovuz dekoru düzəldilib. Anonsda yer alan bütün kostyumlar özəl olaraq tizer üçün dizayn edilib və tikilib.

20 tonluq 5 tankerin eyni anda doldurduğu hovuzda çəkilişlər üçün 100 ton su istifadə edilib.

İkinci mövsüm üçün önəmli ipucları verən tizer, möhtəşəm mövsüm finalı qədər gecəyə damğa vurub.

Qatilin kimliyini öyrənəcəyimiz həyəcan dolu hadisələrin baş verdiyi “Ufak Tefek Cinayetler”in ikinci mövsümü sentyabr ayında “Star TV”-də davam edəcək.


Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri