12 
İyn
2018
14:28
345
65
10508
Virtual karabakh

Pərvin: Roza Zərgərli dostum deyil, hiyləgərdir

12 İyn, 2018
14:28
10508

Pərvin: Roza Zərgərli dostum deyil, hiyləgərdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın” şoudan əlini götürərək çıxan Pərvin Abıyeva şouyla bağlı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, aktrisa Roza Zərgərlinin sözlərinə güldüyünü bildirib:

“Məni bu günə qədər çox dəstəklədiniz, mən beş nəfərə qarşı olanda tək qoymadınız, səslər göndərdiniz, amma bu son gündə mən artıq sizdən səs istəyə bilməzdim. Var olun, sizi çox sevirəm.

Gələk oyuna. Mən özümü getməyə o qədər hazırlamışdım ki, hətta sonda deyəcəyim sözləri belə fikirləşmişdim. Bilmirəm, Roza xanım hansı verdiyi sözdən və dostluqdan danışırdı. Amma bir onu bilin ki, mənim orada dostum yox idi.

Sadəcə, düzgünlüyün tərəfində idim. Sonra əlimi götürdüm, çünki getmək istəyirdim. Uranın hədəfi sona qədər mən idim. Onun əli ilə yox, məhz öz əlimlə getmək istədim və buna nail oldum. Onsuz da məni çıxaracaqdı. Adım çəkilmədən, başıdik çıxdım. Beş günlük mübarizəm, açdığım üzlər bu gün özünü göstərdi.

Sonda Aytən xanıma deyilən söz isə yanlış anlaşılmasın. “Çəkin qədər üzün var” deyərkən, əsla onun çəkisi nəzərdə tutulmamışdı. Ağırlıq demək istədim, həyəcanıma verin. Məhz təhsilinə, savadına, dünyagörüşünə görə idi. İstənilən halda bu oyun idi və mənim də məqsədim bu günə qədər gəlib öz missiyamı yerinə yetirmək idi.

Mən o maşını yox, itirdiyim reputasiyanı geri qaytarmaq istəyirdim. Oyunda hər şey olar, amma bəzi məqamları çıxmaq şərti ilə. Tək mübarizəmi apardım və tək çıxdım. Heyif ki, mən əlimi götürdüm, amma Aytən yenə çıxarıldı. Kaş ki, mübarizə sabah davam edərdi. Oldu keçdi”.

O, açıqlamalarına bu sözləri də əlavə edib:

“Dostlar, nəticədən niyə heyifsilənirsiniz ki? Sizcə, buna səbəb siz özünüz deyilsiniz? Beş gün ard-arda hədəf oldum. Bəzilərinə qalib gəldim, son iki gündə Hüseyni və Uranı mənə qarşı çıxardılar. Onları qalib etdiniz, finala da öz səslərinizlə siz gətirmisiniz.  

Beş gün idi maska cıra-cıra gəlirdim. Bir də dünən həyəcanlı idim, fikir verməmişəm. Orada Roza xanım mənə “dostluğunu sübut elədin” deyib. Hansı dostluq? O dost ki, beş gün sənə qarşı vuruşur? Çox ağıllı və hiyləgər qadındır, bravo! O sözə güldüm. 

Əslində, dərindən fikirləşsəniz ki, əlimi niyə götürdüm, başa düşərsiniz. Qaydalara görə, bir nəfər əlini götürəndə qalib gələn kimisə çıxarmaya bilər. Çıxmaqla Aytən xanımın mübarizəsinə davam etməsini gözləyirdim. Amma düşünmürdüm ki, Uran belə edər”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri