20 
İyn
2018
11:34
52
124
6493
Virtual karabakh

Rihannanın qəribə adəti: Əldə bir qədəh şərab – FOTO

20 İyn, 2018
11:34
6493

Rihannanın qəribə adəti: Əldə bir qədəh şərab – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur ifaçı Rihanna BBC-də yayımlanan “The Graham Norton Show”nun qonağı olub.

Oxu.Az xəbər verir ki, proqram zamanı müğənninin maraqlı görüntüləri üzə çıxıb.

Belə ki, aparıcı Qraham Norton Rihannanın illərdir getdiyi gecə klubları, restoran və hotellərdən çıxarkən çəkilən görüntülərini sərgiləyib.

Bu fotolarda sənətçinin müxtəlif vaxtlarda əlində bir qədəh şərabla məkandan çıxdığı görünür. Hətta bəzi şəkillərdə onun daha da irəli gedərək şərab şüşəsi ilə avtomobilinə yaxınlaşması da gözlərdən qaçmayıb.

Rihannanın bu qəribə vərdişi izləyənləri gülüşə qərq edib. Aparıcının “O qədəhlərin pulunu ödəyirsən” sualına isə müğənni zarafatla cavab verib:

“Bu qədəhləri həmin məkana özüm aparmışam, çıxanda isə geri qaytarırdım”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri