20 
İyn
2018
12:10
68
127
17450
Virtual karabakh

Çağatay suyun altında gəzintiyə çıxdı – FOTO

20 İyn, 2018
12:10
17450

Çağatay suyun altında gəzintiyə çıxdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün dünyada eyni anda yayımlanması planlaşdırılan ilk türk serialı “The Protector” ilə ekrana dönməyə hazırlaşan Çağatay Ulusoy sevgilisi, aktrisa Duyğu Sarışınla tətilə çıxıb.

Oxu.Az xəbər verir ki, Marmarisə yollanan cütlük paparazzilərin obyektivinə tuş gəlib.

Çağatay bir ara birlikdə əyləndiyi sevgilisini tək buraxmalı olub. O, dalğıc geyimindən istifadə edərək beş saat suyun altında qalıb. Suyun altda gəzinti edən Çağatay həm də balıq ovuna çıxıb.

Duyğunun günboyu üç fərqli bikini dəyişməsi isə gözdən qaçmayıb.

Qeyd edək ki, “İçerde” serialında başlayan sevgi münasibətlərini ötən ilin oktyabr ayında bitirən cütlük cari ilin aprelində yenidən barışıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri