23 
İyn
2018
10:01
21
186
3860
Virtual karabakh

Türkiyəli aktrisa ağcaqanad sancmasına görə xəstəxanalıq oldu - FOTO

23 İyn, 2018
10:01
3860

Türkiyəli aktrisa ağcaqanad sancmasına görə xəstəxanalıq oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taylanda köçən türkiyəli aktrisa Leyla Bilginel ağcaqanad sancmasına görə xəstəxanalıq olub.

Oxu.Az xəbər verir ki, aktrisaya denq Humması (Dengue Fever) diaqnozu qoyulub.

Bundan sonra Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçib və aktrisanı Taylanddan Türkiyəyə gətirib.

Xüsusi sağlamlıq komandası ilə Türkiyəyə gətirilən Bilginel bir müddət xəstəxanada yatacaq.

Qeyd edək ki, denq humması nadir yayılan xəstəliklərdəndir. Ağcaqanad sancması nəticəsində meydana gələn xəstəlik zamanı halsızlıq, sinir və sümük ağrıları, ölümcül dərəcədə təzyiqin aşağı düşməsi müşahidə olunur.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri