İyl
2018
15:31
115
246
8069
Virtual karabakh

Türkan Şoray sənətdən getdi

2 İyl, 2018
15:31
8069

Türkan Şoray sənətdən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada ən çox baş rola çəkilmiş aktrisa Türkan Şoray aktrisalığa vida etdiyini açıqlayıb.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, Şoray yaxşı ssenarilər gəlmədiyi üçün bu addımı atdığını deyib.

Onun aktrisalığa vida etməsi Türkiyə kinematoqrafiyasında bir dövrün qapandığı anlamına gəlir.

Belə ki, “Yeşilçamın sultanı” adlandırılan aktrisa ilk dəfə 1960-cı ildə Türker İnanoğlunun təşviqi ilə “Köyde bir kız sevdim” filminə çəkilib.

Şoray canlandırdığı obrazlarla türk filmlərinə damğa vurub.

Filmoqrafiyasında 222 bədii film, 12 serial, 5 rejissoru olduğu film və iki ssenari olan sənətçi “Bir zamanlar Osmanlı Kıyam” serialı və “Uzaklarda arama” filmindən sonra Türkiyədəki film festivallarında altı dəfə “Ən yaxşı qadın aktrisa” mükafatını qazanıb.

Türkan Şoray Roma Film Festivalı, Moskva Film Festivalı, Daşkənd Film Festivalı və Ağdəniz Ölkələri Film Festivalında da eyni mükafata layiq görülüb.

Pərviz Hüseyn
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri