İyl
2018
15:45
351
137
10284
Virtual karabakh

Roza yenə övladlığa uşaq götürür - VİDEO

2 İyl, 2018
15:45
10284

Roza yenə övladlığa uşaq götürür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək.

Oxu.Az xəbər verir ki, sənətçi bu haqda rejissor Nail Naiboğlunun “Stop” layihəsində məlumat verib.

O bildirib ki, iki uşaq götürməyi planlaşdırır:

“Xeyriyyəçiliklə məşğul olmağı çox sevirəm. Məsələn, gələn ayın ortasında oğlum Corc əsgər gedir. O getsin, iki uşaq da övladlığa götürəcəm. Biri qız, biri oğlan olacaq.

Uşaqları çox sevirəm. Həyatımda missiyam var. Anası, atası olmayan şəxslərə analıq etmək. Allah analıq nemətini mənə bir dəfə qismət etdi”.

Qeyd edək ki, Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb. 

Pərviz Hüseyn
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri