İyl
2018
22:56
290
94
15206
Virtual karabakh

Nəsrin Cavadzadə “La Casa De Papel”ə çəkilir

5 İyl, 2018
22:56
15206

Nəsrin Cavadzadə “La Casa De Papel”ə çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cəbhəsindən dünyaca məşhur "La Casa De Papel” serialında rol alacağı ilə bağlı yayılan xəbərlərə münasibət gəlib.

Oxu.Az xəbər verir ki, aktrisanın meneceri Selin Kök bu barədə açıqlama verərək yayılan xəbərlərin doğru olduğunu deyib:

“Çıxan bəzi xəbərlər doğrudur. Danışıqlar davam edir. İlk görüşdən sonra gələn rəylər müsbətdir. İkinci görüşümüz də olacaq. Nəsrin 4-5 dil bilir. Bu da onu fərqləndirən cəhətdir.

Canlandıracağı obrazla bağlı açıqlama verməyim düzgün deyil. Bildiyiniz kimi o, keçən il də İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə rol almışdı və seriala seçilməsinin əsas səbəbi də bu filmdəki performansıdır”.

Qeyd edək ki, Cavadzadənin serialda "İstanbul" obrazına həyat verəcəyi iddia olunur.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri