18 
İyl
2018
18:07
629
183
58413
Virtual karabakh

Üzeyirdən Qənirə Paşayevaya cavab - VİDEO

18 İyl, 2018
18:07
58413

Üzeyirdən Qənirə Paşayevaya cavab - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün “Onda başlayaq” proqramında millət vəkili Qənirə Paşayevanın müğənni Üzeyir Mehdizadə haqda dediyi fikirlərə qarşı tərəfdən reaksiya gəlib.

Oxu.Az xəbər verir ki, müğənni “Instagram” hesabında video paylaşaraq konsertində olan anşlaqı nümayiş etdirib. O, ad çəkməsə də yazdığı sözlərlə Paşayevaya cavab verib:

“Bura qardaş ölkə Türkiyədə bu yaxınlardakı çıxışımdır. Allah istəsə, bəndə nə karədi. Sevib dəstək olanlara təşəkkür edirəm. Eybi yoxdur, əsas Allah bizimlə olsun. Sevənlərimin səmimi sevgisini Allah nə vaxta qədər məsləhət bilir, o vaxtadək qismət etsin. Təki hər halımızla Allah üstümüzdə olsun – uğurlu və uğursuz halımızla. Hər halımıza şükür”.

Qeyd edək ki, Kamran Həsənlinin aparıcı olduğu verilişdə televiziyalar və musiqimizdən söz açan Paşayeva müğənni Üzeyir Mehdizadəyə qulaq asanları qınayıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri