19 
İyl
2018
12:50
58
308
26073
Virtual karabakh

“Instagram”ı zibil qutusuna çevirən məşhurlarımız - FOTO

19 İyl, 2018
12:50
26073

“Instagram”ı zibil qutusuna çevirən məşhurlarımız - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illərin ən trend sosial şəbəkəsi, sözsüz ki, “Instagram”dır. Xüsusilə də, məşhurlar öz yeni işlərini, geyimlərini, saç düzümlərini və gündəlik həyatını nümayiş etdirmək üçün bu sosial arenadan istifadə edirlər.

Onların içərisində açıqlamalarını “Instagram”da yazıb jurnalistlərin işini asanlaşdıranlar da var, 10 manatlıq “krevetka” qarşılığında reklam edib izləyicilərin gözlərini yoranlar da.

Hər şeyə rəğmən, “cool”luğunu qoruyub saxlayanlar da az deyil. Bunu onların profillərini girərkən açıq-aydın hiss etmək mümkündür.

Oxu.Az bəzi məşhurlarımızın profillərini analiz edib, “Instagram” profilini zibil qutusu kimi istifadə edən və işlərindəki səviyyəni profillərində də göstərən məşhurlarımızı təqdim edir.

Əməkdar artist Tünzalə Ağayeva şəxsi səhifəsində yalnız işlərini və günün pozitiv keçən hissələrini paylaşır. Onun səhifəsində heç bir “ağlaşma”ya rast gələ bilməzsiniz.

“Dəyirman”ın eks üzvü ABD Malik həyatda olduğu kimi, “Instagram”da da qlamur gəzənlərdəndir və səhifəsi göz yormur.

Damla bir milyonluq “Instagram” profilini səliqəli işlədənlər sırasındadır.

Müğənni Kərim Abasovun profilində normal fotoları arxeoloji qazıntılar edərək tapmaq olar.

Müğənni Nura Suri də “Instagram”ı səliqəli işlədir. Zaman-zaman qadınlara yemək və ev işləri ilə bağlı məsləhətlər verən Surinin müraciət etdiyi təbəqə də digərlərindən fərqlənir.

Əməkdar artist Röya Ayxan sosial media hesabında səliqə-səhmana diqqət edir. Son zamanlar professional çəkilişlərdən olan fotoları daha çox paylaşan Röya rəy bölməsini də bağlamağı unutmur.

Bu yaxınlarda fəlsəfə elmləri doktoru adı alan Xalq artisti Nazpəri Dostəliyeva “fəlsəfi selfi”ləri və “Photoshop” proqramını çox sevir. Bunu onun şəxsi hesabından açıq-aşkar sezmək mümkündür.

Aktrisa Pərvin Abıyevanın “Instagram” hesabına nəzər saldıqda səliqəsiz paylaşımlara çox az rast gəlmək olar.

“Photoshop”un “anasını ağlar qoyan” digər məşhurumuz isə aparıcı Nanə Ağamalıyevadır. O, sosial mediadakı fotolarında üzünü o qədər “Retouch” edir ki, hətta buna görə ona məşhur fotoqraflar belə həsəd aparır.

Xatirə İslam – “Instagram” camiəsində onu “Demet Akalın” adlandırmaq mümkündür. Çünki bu xanımın profilindəki paylaşımları eynilə həmkarı Akalının paylaşımları ilə vəhdət təşkil edir.

Əməkdar artist Sevda Ələkbərzadənin paylaşımları normal olsa da, hərdən “Facebook” statusu üçün paylaşımların “Instagram”da olması profilinin görüntüsünü korlayır.

Niyami Salami də bir çəkilişdən az qala 120 min paylaşım edən məşhurlardandır. Onun profilində qismən səliqə olsa da, eyni paylaşımları təkrar görmək izləyicidə qıcıq yaradır.

Xatunun profili hər hansı bir toy səhnəsini xatırladır. Siz burada “Yanıq Kərəm”, “Əjdər əmi”, “Əmi qızı” kimi xalqın toy bazarında sevib-seçdiyi, könül verdiyi mahnıları dinləyə bilərsiniz. Türklər demiş, “Youtube” gibi yani...

Sevda Yayhayevanın özü kimi sakit “Instagram” profili mövcuddur. Səliqəli və zövqlü paylaşımları ilə diqqət çəkir.

Əgər “Instagram”ın aktiv istifadəçisisinizsə, Təranə QumralMusa Musayevin “möhtəşəm” profilinə mütləq baxmalısınız. Burada sizi “Snapchat”ın heç yerdə görmədiyiniz effektləri, güllü-çiçəkli toy selfiləri və Avropa mətbəxinin ləziz təamları gözləyir.

Rəqsanə İsmayılovanın profili isə ən vazkeçilməzlər arasındadır. “Zövqlü” və “qlamur” paylaşımlar üçün mütləq bu səhifəni izləməlisiniz. Sizə səhifənin ümumi görüntüsünü təqdim edirik.

Nigar Camal paylaşımları ilə ən çox xəbər mövzusuna çevrilən ifaçıdır. Onun cəsarətli geyimləri və iddialı paylaşımları göz oxşasa da, bəzən pozitiv və komik videolar paylaşması səhifənin ümumi görüntüsünə zərər verir.

Aparıcı Hüsniyyə Məhərrəmova “Instagram”ın ən “cool”larındadır.

Xalq artisti Aygün Kazımovanın “Instagram” profili 2-3 il öncə zooparkı xatırlatsa da, son zamanlar iddialı dönüşü və görüntüsü, paylaşımlarının daha keyfiyyətli olması, paylaşımının hər bir detalına xüsusi fikir verməsi onun yeni komandasının güclü olmasından xəbər verir.

Günay İbrahimli də sosial şəbəkədə professional paylaşımlara üstünlük verənlərdəndir.

Miri Yusif gec-gec paylaşım etsə də, onun paylaşımları öz keyfiyyəti ilə digərlərindən seçilir.

Müğənni Zamiq Hüseynov da sosial medianın qlamur məşhurlarındandır. Onun paylaşımları qızlar tərəfindən rəy yağışına tutulur.

Şəbnəm Tovuzlunun profilində də əsas yer tutan eyni pozada olan selfilərdir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri