30 
İyl
2018
04:24
72
263
14477
Virtual karabakh

“Jara”nın finalında rusiyalı müğənnidən Azərbaycan dilində ifa - FOTO/VİDEO

30 İyl, 2018
04:24
14477

“Jara”nın finalında rusiyalı müğənnidən Azərbaycan dilində ifa - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Jara” Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu gününə yekun vurulub.

Oxu.Az xəbər verir ki, final günündə Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın və Valeri Miladzenin yaradıcılıq gecəsi keçirilib.

Gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, Emin Ağalarov, Qlyuk'oza, İntars Busulis, Diana Arbenina, Albina Canabayev, Vera Brejneva, MBAND, A`Studio, Artik & Asti qrupları, Danil Buranov, Timur Rodrigez və başqaları Lyubov Uspenskaya və Valeri Miladzenin repertuarından mahnılar səsləndiriblər.

Lyubov Uspenskayanın Azərbaycan dilində oxuduğu “Ağ çiçəyim” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Gecə boyu səhnədə bir çox duetlər səsləndirilib.

Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də, 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının monoton gecələrini çılğınlaşdırıb.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri