10 
Avq
2018
12:16
100
91
9085
Virtual karabakh

Dua Lipanın kulis istəkləri: 50 dəsmal, ət dönəri və ayran - FOTO

10 Avq, 2018
12:16
9085

Dua Lipanın kulis istəkləri: 50 dəsmal, ət dönəri və ayran - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli ifaçı Dua Lipa Antalyada konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, Dua Lipa və heyətinin kulis üçün istəkləri hər kəsi şoka salıb.

Gigiyenaya çox önəm verən müğənni 50 əl və 50 hamam dəsmalı, həmçinin, otağın hər yerinə ayna qoyulmasını tələb edib.

Dua Lipa komandası ilə birlikdə qalacağı və gecəliyi 15 min dollar olan “Crown Villa”da ət dönəri, ayran, təzə kökə və acı şokolad istəyib.

Kulisin işıqlandırmasında qətiyyən ağ işıq istəmədiyini bildirən müğənni məkanda təzə çiçəklər olmasını da bildirib. O, gün ərzində tez-tez içmək üçün kokos şirəsi istəyib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri