13 
Avq
2018
17:00
129
214
17877
Virtual karabakh

Ana olmağa hazırlaşan Oksana ərindən danışdı

13 Avq, 2018
17:00
17877

Ana olmağa hazırlaşan Oksana ərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktrisa və rəqqasə Oksana Rəsulova süni mayalanma ilə ana olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o, müzakirələrə son qoymaq üçün izləyicilərinə açıqlama verib:

“Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam.

Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq.

Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq bir ildir ki, həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm.

Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət, həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir. Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram”.

Qeyd edək ki, Rəsulova sentyabr ayında oğul anası olacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri