15 
Avq
2018
14:41
39
299
8695
Virtual karabakh

İsraildə “Eurovision”un taleyi həll olundu

15 Avq, 2018
14:41
8695

İsraildə “Eurovision”un taleyi həll olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il İsraildə keçirilməsi nəzərdə tutulan “Eurovision”un taleyi son gündə həllini tapıb.

Oxu.Az xəbər verir ki, İsrailin “Kan” ictimai yayım korporasiyası Avropa Yayım Şurasına (EBU) 12 milyon avro zəmanət haqqını ödəyib ki, ölkədə “Eurovision-2019”-un keçirilməsinə razılıq verilsin.

Ödəniş EBU tərəfindən qoyulmuş müddətin son günündə, Maliyyə Nazirliyinin krediti hesabına həyata keçirilib.

Qeyd edək ki, girov məbləği ödənilmədiyi təqdirdə İsrail yarışı keçirmək hüququndan məhrum olacaqdı.

Xatırladaq ki, “Eurovision-2018”-in qalibi israilli müğənni Netta Barzilay olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri