16 
Avq
2018
11:15
177
85
5564
Virtual karabakh

Röya Ramalla da barışdı - VİDEO

16 Avq, 2018
11:15
5564

Röya Ramalla da barışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar barışıq etməyi ənənə halına çevirən Əməkdar artist Röya Ayxan yeni barışığa imza atıb.

Oxu.Az xəbər verir ki, sənətçi bu dəfə dörd il sonra müğənni Ramal İsrafilovla  barışıb.

Barışıq addımını kimin atdığı bilinməsə də, Ayxan Ramaldan yeni bir mahnı da oxuyacağını “Instagram” səhifəsində elan edib.

O “Kimin belə sevgilisi var” adlı mahnının studiyadan olan kadrlarını şəxsi hesabında yerləşdirib və Ramal İsrafilovun bəstəsini oxuduğunu yazıb.

Ramal da öz səhifəsində mahnının tezliklə çıxacağını bildirib.

Qeyd edək ki, tərəflər arasındakı qalmaqala Mustafa Cecelinin Heydər Əliyev sarayındakı konserti zamanı Röyanın səhnəyə çıxaraq Ramalın “Gizli sevgi” mahnısını oxuması, ancaq onun müəllif olduğunu qeyd etməməsi səbəb olub.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri