18 
Avq
2018
12:23
129
66
6316
Virtual karabakh

İrem Dericinin klipi plagiat çıxdı - VİDEO

18 Avq, 2018
12:23
6316

İrem Dericinin klipi plagiat çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni İrem Dericinin “Ben tek siz hepiniz” adlı klipinin plagiat olduğu iddia edilib.

Oxu.Az xəbər verir ki, onun klipi Juanes adlı müğənninin “Pa Dentro” adlı klipinin kopyası çıxıb.

Sözügedən ekrran işində olan görüntülər İremin klipində də təkrarlanıb.

Məsələ ilə bağlı müğənni “Instagram” hesabında açıqlama verib.

“Çatışmayan bir informasiya da var. Bu klipdə Rita Oranın klipində olan görüntüləri də təkrarlamışıq. Qıza haqsızlıq etmisiniz. Mahnıda “Saxta, kiçik, mükəmməl dünyasında hər kəs” deyərkən bunları nəzərdə tuturduq. Başqalarını təkrarlayarsansa, nəticəsi də belə olar. Yəni,  xarici kliplərə baxıb, həsrət çəkmək lazım deyil. Bir az pul xərcləsək, eynisini edə bilərik”, - deyə ifaçı bildirib.

Sözügedən klipləri təqdim edirik:

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri