27 
Avq
2018
00:21
63
333
8320
Virtual karabakh

Bakıda yayın ən möhtəşəm konserti: Ulduzlar bir arada - FOTO

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.

Oxu.Az xəbər verir ki, “Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.

Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.

Bir-birindən coşqun ifaları izləyən uşaqlar, gənclər və yaşlılar, eləcə də paytaxt sakinləri və qonaqlar incəsənət ustalarının səsinə səs verdilər, onlarla birlikdə rəqs ediblər. Əlbəttə ki, heç kim bu gözəl anları öz telefonunun yaddaşına köçürməyi də unutmayıb.

“Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri