Sen
2018
10:34
16
145
6806
Virtual karabakh

Aksessuarlarının qiymətləri müzakirə yaratdı - FOTO

3 Sen, 2018
10:34
6806

Aksessuarlarının qiymətləri müzakirə yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kim haradan geyinir” adlı səhifə yerli məşhurların geyimləri və qiymətləri barədə məlumatlar verməyə davam edir.

Oxu.Az xəbər verir ki, səhifənin hədəfi bu dəfə Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan və müğənni Günay İbrahimli olub.

Səhifə onların aksessuarlarından söz açıb. Sənətçilərin bahalı aksessuarlardan istifadə etməsini izləyicilər birmənalı qarşılamayıb.

Belə ki, Tünzalə Ağayevanın “Van Cleef & Arpels” brendinə məxsus sırğalarının təxminən 20 min manat olması izləyiciləri təəccübləndirib.

Röyanın “Yves Saint Laurent”dən olan iki boyunbağısının qiymətinin isə 4 min 718 manat olması müzakirə yaradıb.

Müğənni Günay İbrahimlinin “Van Cleef & Arpels” brendinin istehsalı olan boyunbağısı da 5 min 950 manat qiyməti ilə görənlərin “O, boyunbağıya bu qədər pul verməz” kimi rəylərin yazılmasına səbəb olub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri