Sen
2018
11:49
29
188
8577
Virtual karabakh

Hadisə bacısını məhkəməyə verdi - FOTO

7 Sen, 2018
11:49
8577

Hadisə bacısını məhkəməyə verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli ifaçı Hadisə bacısı Hülya Açıkgözü məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, anaları Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra aralarında problem yaranan bacıların münasibətləri korlanmışdı.

Hadisə bacıları ilə iş əlaqələrini kəsmişdi. Ötən günlərdə müsahibə verən müğənni bu mövzunun bir az daha müzakirə olunacağını, ancaq həssas bir mövzu olduğu üçün jurnalistlərdən məsələnin qabardılmamasını xahiş etmişdi.

Onun bu açıqlamanı nəyə görə etdiyi isə bu günlərdə məlum olub. Belə ki, müğənni bacısının ona görə əldə etdiyi maddi qazancı geri qaytarması üçün məhkəməyə müraciət edib.

Kliplərində və konsertlərində bacısı ilə birgə işləyən Hadisə bacısının haqsız qazanc əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, məhkəmənin ilk iclası sentyabr ayının ikinci həftəsində gerçəkləşəcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri