18 
Sen
2018
10:41
40
52
6493
Virtual karabakh

“Emmi” səhnəsində evlənmə təklifi və söyüş – FOTO/VİDEO

18 Sen, 2018
10:41
6493

“Emmi” səhnəsində evlənmə təklifi və söyüş – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesdəki “Microsoft” Teatrında baş tutan 70-ci “Emmi” Mükafatlarında laureat olanlarla yanaşı, səhnədə yaşanan maraqlı anlar da gecəyə damğa vurub. 

Oxu.Az səhnədə evlənmə təklifindən söyüşədək “Emmi”nin ən diqqətçəkən məqamlarını təqdim edir:

Səhnədə evlənmə təklifi

“The Oscars” adlı verilişlə “Ən yaxşı proqram rejissoru” mükafatını qazanan Qlen Veys sevgilisinə səhnədə evlənmə təklif edib. İki həftə öncə ölən anasının ona “Gün işığının solmasına izn vermə” dediyini xatırlayan rejissor “Can, sən həyatımın gün işığısan” sözlərini deyərək, ona nişan üzüyü hədiyyə edib.

24 namizədlik, sıfır mükafat

“Qızıl qızlar” serialının aktrisalarından olan 96 yaşlı Betti Vayt bu günədək 24 dəfə namizəd olsa da, heç vaxt mükafat almayıb. Tədbirdə səhnəyə çıxan Vayt “Hələ də buraya məni qonaq kimi dəvət etməyiniz inanılmazdır” deyərək tamaşaçıları güldürüb.

42 il sonra ilk mükafat

Henri Vinkler 42 il sonra ilk dəfə “Emmi” qazanıb. 1976-cı ildə “Xoşbəxt günlər” ekran işindəki rolu ilə “Emmi” namizədi olan Vinkler mükafatı qazanmamış, ancaq qazanma ehtimalına uyğun olaraq nə danışacağını əvvəlcədən hazırlayıb. Aktyor hazırladığı həmin çıxışı 42 il sonra səhnədə tamaşaçılar üçün dilə gətirib.

Ən yaxşı qadın aktrisa namizədi olan ilk asiyalı

Sandra Oh “Emmi”də “Ən yaxşı qadın aktrisa” mükafatı üçün namizəd göstərilən ilk asiyalı qadın olub, ancaq qazana bilməyib.

Ağzından söyüş çıxdı

“Westworld” serialındakı rolu ilə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatını qazanan Sendi Nyuton təşəkkür edərkən səhnədə bilmədən söyüş söyüb.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri