18 
Sen
2018
15:45
40
150
16086
Virtual karabakh

Aleyna Tilki azərbaycanlı müğənniyə görə sevgilisini sildi – FOTO/VİDEO

18 Sen, 2018
15:45
16086

Aleyna Tilki azərbaycanlı müğənniyə görə sevgilisini sildi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur ifaçı Aleyna Tilki ötən gecə etdiyi paylaşımlarla sosial mediada gündəm yaradıb.

Oxu.Az xəbər verir ki, o, sevgilisi, məşhur Dj Emrah Karadumanı etiketləyərək, “Bir daha da canımı yandırma, bir təşəkkürü də çox görmə”, - deyə mesaj yazıb.

Tilki daha sonra ağladığı videonu “Instagram”da paylaşaraq, “Bu günədək xalq nə istədisə, onu etdim, ürəyim nəyə izin verdisə, o işi gördüm. Bugündən sonra sadəcə özüm üçün nələrsə etməyə qərar verdim” sözlərini deyib.

O, paylaşımından sonra Emrah Karadumanı izləmədən çıxarıb.

Hadisədən sonra müğənninin anası Havva Tilki canlı yayıma girərək qızının itdiyini bildirib.

Aleyna isə “İnsanlar ağlaya bilməz? Qəlbləri qırılmaz? İtməmişəm, evimdə və otağımdayam, bir azdan yatacağam”, - deyə paylaşım edib.

Aleyna Tilkinin bu paylaşımlarının səbəbinin partnyoru Emrah Karadumanın ötən gün çıxan “Bombarduman” adlı albomu ilə bağlı olduğu iddia edilib.

Belə ki, Karaduman albomdakı ən yaxşı mahnının azərbaycanlı müğənni Nigar Muharremin oxuduğu “Ona görə” mahnısının olduğunu deyib. Buna görə Aleyna onu izləmədən çıxarıb və Karadumandan küsüb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri