19 
Sen
2018
10:39
282
242
13443
Virtual karabakh

Xatirəni məhərrəmlikdə konsert verdiyinə görə qınadılar – FOTO/VİDEO

19 Sen, 2018
10:39
13443

Xatirəni məhərrəmlikdə konsert verdiyinə görə qınadılar – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslam ötən gün “Yaşıl teatr”ın səhnəsində konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, səhnədə iki geyim dəyişən sənətçi canlı ifaları ilə qonaqlarını sevindirib.

Bəzi izləyicilər Xatirəni məhərrəmlikdə konsert verdiyinə görə qınasa da, o söyləyib ki, Aşura günü 20 sentyabra təsadüf edir.

“Mən ağıllı qadınam, bilirəm, neyləmək lazımdır. Aşura günü sentyabr ayının 20-nə düşür. Mənim konsertim isə ayın 20-dən əvvəldir. Biz hər şeyi düşünüb, götür-qoy etmişik”, - deyə ifaçı bildirib.O, konsert zamanı səhnəyə aprel şəhidi Müşfiq Orucovun ailəsini çıxarıb və bildirib ki, konsertdən yığılan pulla şəhidin adını daşıyan bulaq tikdirəcək.

Gecədə müğənnini sənət yoldaşları da tək qoymayıb. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri