22 
Sen
2018
10:33
310
101
11891
Virtual karabakh

Qırğız müğənnini alt paltarında klipə görə ölümlə hədələdilər - VİDEO

22 Sen, 2018
10:33
11891

Qırğız müğənnini alt paltarında klipə görə ölümlə hədələdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın gənc müğənnisi Zere Asılbekin həyatı təhlükədədir, bəzi şəxslər onu yeni klipinə görə təhdid edirlər. 

Oxu.Az dni.ru-ya istinadla xəbər verir ki, klipdə ifaçı pencək, büstqalerdə və ətəkdə görünüb. 

Məlumatlara görə, 19 yaşlı müğənninin “Qız” adlı klipi həmyerliləri tərəfindən qəzəblə qarşılanıb. Onlar bunun təhqir olduğunu bildiriblər. Həmin şəxslər nəinki ifaçının geyiminə, eyni zamanda musiqinin sözlərinə sərt reaksiya veriblər. Musiqidə ifaçı qadınların hüquqları haqqında danışır. 

Klip işıq üzü gördükdən sonra ifaçıya çoxlu sayda təhdidlər edilir. Müğənni bu məsələ ilə bağlı polisə müraciət edib. Hüquq-mühafizə orqanları onu qoruyacaqlarını bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri