22 
Sen
2018
11:16
13
32
4044
Virtual karabakh

Hande Yener sevgilisini görüb, məkandan qaçdı – FOTO/VİDEO

22 Sen, 2018
11:16
4044

Hande Yener sevgilisini görüb, məkandan qaçdı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eks-sevgililər Hande Yener Sinan Akçıl İstanbulun məşhur restoranlarından birində üz-üzə gəlib.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün dostları ilə restoranda  söhbət edən Hande məkana Sinan Akçılın girməsi ilə özünü itirib.

Paparazzilərin olduğunu görüb Sinanla eyni kadra girmək istəməyən ifaçı beş dəqiqə sonra arxa qapıdan qaçıb.

Akçıl isə Handenin restoranı tərk etməsinə “Klassik Hande”, - deyə cavab verib.

Qeyd edək ki, cütlüyün münasibəti 2011-ci ildə başlamışdı. Onlar “Atma”, “Teşekkürler” adlı duetlər də ifa edib, klip çəkdirmişdilər.

Onu da bildirək ki, Sinan Akçıl indiyədək Hande Yenerlə yanaşı, Hadisə, Otilia kimi müğənnilərlə də sevgili olub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri