26 
Sen
2018
15:34
45
62
9110
Virtual karabakh

İlkin Həsəni həyat yoldaşından yazdı - FOTO

26 Sen, 2018
15:34
9110

İlkin Həsəni həyat yoldaşından yazdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı İlkin Həsəni həyat yoldaşı Ayselin ad gününü təbrik edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə duyğudur. Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən!

Bilirsən, necə gözəl duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri...

Bəli, bu insan sənsən. Doğum günün mübarək, ağıllım. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi.

Onu da növbəti 26 sentyabra kimi həll etsən, daha çox sevəcəm səni”, - deyə İlkin yazıb.

Qeyd edək ki, cütlük ötən il ailə qurub, onların bir qız övladı var.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri