Okt
2018
12:32
257
105
19192
Virtual karabakh

Röyadan keçmiş görüntüsünə lağ edənlərə sərt cavab - FOTO

3 Okt, 2018
12:32
19192

Röyadan keçmiş görüntüsünə lağ edənlərə sərt cavab - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan sosial şəbəkələrdə uzun illərdir paylaşılan və onun keçmişini əks etdirən fotosuna münasibət bildirib.

Oxu.Az xəbər verir ki, o, dəyişib başqa formada olmasına və keçmiş görüntüsünə lağ edənlərə sərt şəkildə cavab verib.

“Gələcəyini görməyən birinə vurğulamaq istərdim ki, bu, keçmiş deyil, keçmiş başqa söz və mənadır. O, başqa mövzudur, o heç... 

Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da Gəncədən tapdıq və özümüz paylaşdıq. Çünki buradakı gözlərdə utancaq bir qızın hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz. 

Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”, - deyə Röya bildirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri