Okt
2018
11:49
31
268
9606
Virtual karabakh

Xatirə: “Toppuş bacı”nın ipoteka üçün pul yığdığını bilməmişəm

8 Okt, 2018
11:49
9606

Xatirə: “Toppuş bacı”nın ipoteka üçün pul yığdığını bilməmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirə yaradıb.

Oxu.Az xəbər verir ki, izləyicilərdən biri Xatirəyə onu sevdiyi müğənnilər sırasından sildiyini deyib.

“Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm”, - deyə izləyici yazıb.

Xatirə də izləyicisinə maraqlı cavab verib. O bildirib ki, “Toppuş bacı”nın ipoteka krediti üçün pul yığdığından xəbərsiz olub.

“Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən haradan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın”.

Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri