11 
Okt
2018
11:36
53
236
15951
Virtual karabakh

Müğənninin təqdimatında qalmaqal - FOTO

Gənc müğənni Türkan Heydərova ötən gün yeni klipini təqdim etmək üçün media nümayəndələri ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, “Ədalətin bumu” adlı mahnısını ekranlaşdıran ifaçı klipini təqdim etdikdən sonra media nümayəndələrinin və qonaqların səmimi fikirlərini öyrənmək istəyib.

İradlarını bildirən və fikirlərini söyləyən media nümayəndələrinin söylədikləri Türkanın boğazından keçməyib. Bu zaman isə media işçiləri və ifaçı arasında qalmaqal yaşanıb.

“Əslində, bu klip mənə pulsuz başa gəldi. Yəni, hədiyyə oldu. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Savadım və iki diplomum var. İradlarınızı qəbul etmirəm, düşünürəm ki, ekran işi çox yaxşı alınıb. Bu, mənim ilk işimdir. Mən bəziləri kimi efirdə yalandan ağlayıb, daha sonra işlər təqdim etmirəm”, - deyə Türkan bildirib.

Müğənninin sözlərinə tədbirə qatılan sənət dostları da dəstək çıxıblar. Lakin jurnalistlərlə ifaçı arasındakı qalmaqal tədbirin sonuna qədər davam edib.

Xatırladaq ki, bəstənin söz və musiqisi Samir Vidaya məxsusdur. Bək-vokalda müğənni Vüsal Nəsib ifa edib.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri