16 
Okt
2018
14:33
17
88
9257
Virtual karabakh

Natavan Həbibi: Su pərisini azadlığa buraxdıq - VİDEO

16 Okt, 2018
14:33
9257

Natavan Həbibi: Su pərisini azadlığa buraxdıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Natavan Həbibi “Qısqana-qısqana” adlı yeni klipini təqdim edib.  

Oxu.Az xəbər verir ki, sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsus mahnının klipi Natavanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.  

Natavan klipi barədə “Instagram” hesabında məlumat verib.

“Sevginin nə qədər gözəl hiss olduğunu, sevib və sevilməyin nə dərəcədə isti bir hiss olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, elə sevgilər var ki, onlar imkansızdır. Təqdim etdiyimiz klipdə də biz imkansız sevgidən bəhs etdik.

Baş qəhrəmanın “Su pərisi” ilə qarşılaşması və ona aşiq olmasını lentə aldıq. Özünüzün də izlədiyiniz kimi, bu imkansız sevgi yolunda qəhrəmanımızın mübarizə aparması və sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmirdi.

Təbii ki, zaman öz amansızlığından bu hekayədə də yan keçmədi. İllər ötdükdən sonra qəhrəmanımız taleyi ilə barışıb bu sevginin heç bir zaman reallaşmayacağını anlayıb “Su pərisi”ni azadlığa, onu ilk qarşılaşdığı yerə buraxıb, oradan xoş xatirələrlə ayrılmağı seçir. 

Sevginizə əziyyət vermədən sahib olmağı seçin. Düzgün qərar hər zaman xoş olmaya bilər, amma doğrudan qaçmaq mümkün deyil”, - deyə Natavan bildirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri