21 
Okt
2018
10:07
336
63
16069
Virtual karabakh

Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO + YENİLƏNİB

21 Okt, 2018
10:07
16069

Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox müğənnilər arzu edirlər ki, onların mahnıları dünya brendlərinin reklam çarxlarında səslənsin. Lakin bunun üçün ifaçının razılığı lazımdır.

Oxu.Az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva repertuarındakı "Bir gün mənə rəhmin gələcək" (Fəridə) adlı mahnısının İtaliyanın məşhur “Fendi” Moda evinin reklam çarxında istifadə olunmasına münasibətini bildirərkən deyib. 

Bu xəbər müğənnini həm sevindirib, həm də təəccübləndirib. Çünki o, daha əvvəl heç bu barədə eşitməyib. 

“Bu xəbər bizim üçün əsl sürpriz oldu. Əlbəttə ki, bu, birmənalı olaraq bizi kədərləndirməyib, əksinə sevindirib. Düşünürəm ki, bir çox müğənnilər səslərinin məşhur brendlərin reklam çarxlarında istifadə olunmasını arzu edirlər. 

Lakin bunun üçün ifaçının razılığını almaq lazımdır. Onlar isə mənə zəng etməyiblər”, - müğənni söyləyib.

Xalq artisti “Fendi”dən onun adını niyə qeyd etmədiklərini soruşmaq niyyətindədir. Müğənni ümid edir ki, onlar bir-birilərini başa düşəcəklər və problemi sülhlə həll edəcəklər. 

Hazırda Nəsibə Abdullayeva qarşı tərəfin reaksiyasını gözləyir. Ona görə də hesab edir ki, bununla bağlı məhkəməyə müraciət etmək hələ tezdir.

18.10.2018  01:10

Dünyaca məşhur “Fendi” brendinin yeni reklam çarxı sosial şəbəkədə azərbaycanlı istifadəçilərin marağına səbəb olub.

Oxu.Az xəbər verir ki, buna reklam videosunda Azərbaycan mahnısından istifadə edilməsi səbəb olub.

Rəngarəng video çarxda “Bir gün mənə rəhmin gələcək” mahnısı səslənir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri